Dahiyanə karantin: görün siçovullar "nə edir"

© © Instagram/Banksy via REUTERSRəsm
Rəsm - Sputnik Azərbaycan
Abunə olmaq
Siçovulların qraffiti ideyasının simvolu olduğu düşünülür, çünki qraffitilər tez-tez divarlardan yuyulsa da, sonradan siçovullar kimi yenə də peyda olurlar.

BAKI, 16 aprel — Sputnik. Kimliyi məlum olmayan Benksi ləqəbli ingiltərəli qraffiti rəssamı "Instagram" səhifəsində məşhur siçovullarının təsvir olunduğu yeni qraffitisini paylaşıb.

"Mən evdə işləyəndə arvadımın xoşuna gəlmir", - rəssam şəklinə şərh olaraq yazıb.

View this post on Instagram

. . My wife hates it when I work from home.

A post shared by Banksy (@banksy) on

Benksi əvvəllər dəfələrlə siçovulları öz qraffitilərində təsvir edib. Fransız həmkarı "Blek le Ret"dən (Black le Rat) ilhamlanan Benksi karyerasına Britaniya şəhərlərinin küçələrində gəmiricilərin rəsmlərini çəkməklə başlayıb. Onun rəsmlərinin altında "Çünki məni dəyərləndirmirlər" və ya "Hər şey hələ qabaqdadır" yazılarını görmək olardı.

Siçovulların qraffiti ideyasının simvolu olduğu düşünülür, çünki qraffitilər tez-tez divarlardan yuyulsa da, sonradan siçovullar kimi yenə də peyda olurlar.

Xəbər lenti
0