Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusdan ölənlərin sayı 11-ə çatdı

© AFP 2023 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 11-ə çatdıErmənistanda koronavirusdan ölənlərin sayı 11-ə çatdı

BAKI, 10 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində yoluxanların sayı daha 16 nəfər artıb.

Bundan əlavə, Ermənistanda koronavirusdan daha bir nəfər ölüb. Bununla da ölənlərin sayı 11-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0