Bu ölkə həmişə acları ilə gündəmə gəlirdi, indi koronavirus oraya da çatdı

© AFP 2023 / ROBERTO SCHMIDTЛагерь беженцев недалеко от границы между Эфиопией и Сомали
Лагерь беженцев недалеко от границы между Эфиопией и Сомали - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, dünyada artıq 1.4 milyondan çox yoluxma faktı qeydə alınıb, 81 mindən çox insan dünyasını dəyişib

BAKI, 8 aprel - Sputnik. Somalidə koronavirusa yoluxmuş bir nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir  ki, bu barədə Dalsan radiostansiyası məlumat yayıb.

Məlumata görə, Moqadişoda müalicə alan 58 yaşlı kişi koronavirusun bu ölkədə ilk qurbanı olub. Bir sutka ərzində Somalidə koronavirus aşkarlananların sayı 4 nəfər oub. Ümumilikdə isə onların sayının 12 nəfər olduğu deyilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 1.4 milyondan çox yoluxma faktı qeydə alınıb, 81 mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0