18:31 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5110

Koronavirus qocalar evinin sakinlərini elə güclü və elə sürətlə vurub ki, onları heç xəstəxanaya aparmağa vaxt çatmayıb.

BAKI, 8 aprel — Sputnik. İtaliya COVID-19 xəstəliyindən 17 mindən çox insanın öldüyünü bildirir. Lakin bu, ehtimal ki, tam rəqəmlər deyil, çünki milli hesabaalmada yalnız xəstəxanalarda ölənlər nəzərə alınır, evdə və ya qocalar evlərində olanlar isə koronavirus testindən keçirilməyiblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli rəsmilər CBS telekanalına bildiriblər.

İtaliyanın şimalında yerləşən Nembro şəhərindəki qocalar evlərindən birində 33 nəfər epidemiya başlayandan sonra dünyasını dəyişib. Həkimlər deyirlər ki, bu şəxslər COVID-19 xəstəliyindən ölüblər, lakin onlar ölməzdən əvvəl yoxlanılmayıblar və buna görə də koronavirusdan ölənlərin siyahısında deyillər.

Koronavirus qocalar evinin sakinlərini elə güclü və elə sürətlə vurub ki, onları heç xəstəxanaya aparmağa vaxt çatmayıb.

Həkim Barbara Kodalli qocalar evində baş verənləri "sunami" adlandırıb.

"Pik vaxtında gündə üç sakini öldürmüş bu sunami hələ də (qocalar evində - red.) sağ qalmış 52 sakini vura bilər", – Kodalli CBS telekanalına deyib.

O bildirib ki, qocalar evinin bu sakinləri hələ də test olunmayıblar.

"Heç biz də test olunmamışıq. Məndə də COVID-19 ola bilər. İki iş yoldaşımız artıq ölüb və bir çoxları evdə xəstədirlər", - Kodalli deyib.

Eləcə də evlərində dünyasını dəyişmiş, lakin test olunmamış və nəzərə alınmamış qurbanlar da var.

Nembronun meri Klaudio Kançellinin həmmüəllifi olduğu məqaləyə görə, COVID-19 şəhərdə 31 nəfərin ölümünə səbəb olub. Amma onun hesablamalarına görə, ölənlərin real sayı daha yüksəkdir.

"Təhlilimizə görə, bu rəqəm dörd dəfə böyükdür. Bir çox ölüm halları sadəcə nəzərə alınmır", - Kançelli CBS telekanalına deyib.

Ölümlərin sayının azaldılması yalnız Nembroda baş vermir. Bütün İtaliyada şəhər merləri COVID-19 xəstəliyinin düşündüklərindən daha ölümcül olduğunu xəbərdar edərək həyəcan təbili çalırlar.

Əlaqədar

Bu da dünyanı lərzəyə salan koronavirusun mikroskop altında görüntüləri
ÜST nümayəndəsi koronavirusun ən aşkar simptomunu deyib
İspaniya və İtaliyada yoluxanların sayı durmadan artır
İtaliyada "COVID-19" xəstəliyindən "qəribə" ölüm hadisələri baş verir

Əsas mövzular