04:45 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3610

ABŞ-da koronavirus 10335 nəfərin həyatına son qoyub. Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb

BAKI, 6 aprel — Sputnik. Nyu-Yorkun qanunvericilik orqanının nüfuzlu üzvü Mark Levin bildirib ki, koronavirus qurbanlarını müvəqqəti olaraq şəhər parklarında dəfn etmək lazım gələcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şəhərin meri Bill de Blazio şəhərə "müvəqqəti" dəfn yerlərinin gərək olduğunu təsdiqləyib, amma parkları müzakirə etməkdən qaçıb.

"Tezliklə biz "müvəqqəti dəfnlərə" başlayacağıq. Mümkündür ki, bunun üçün Nyu-Yorkun parklarından istifadə etməli olacağıq. Bəli, düz oxudunuz. Bir sırada 10 tabut olmaqla quyular qazılacaq", - Levin Twitter-də yazıb.

Bazar ertəsi jurnalistlər mətbuat konfransında bu barədə Nyu-York meri Bill de Blazionun fikirlərini öyrənməyə çalışıblar.

"Güman ki, müvəqqəti dəfnlər etməli olacağıq ki, sonra hər bir mərhumun ailəsi ilə məsələləri aydınlaşdıra bilək. Müvəqqəti dəfnlər üçün imkanlarımız olacaq, bundan artıq heç nə deməyəcəyəm", - de Blazio bildirib.

Öz növbəsində Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib ki, şəhər hakimiyyətindən belə bir problem haqda bir kəlmə də eşitməyib.

"Şəhərin adamları parkda dəfn edəcəyi barədə heç nə eşitməmişəm", - Kuomo deyib.

Nyu-York ştatında koronavirusa yoluxanların sayı 130 minə, ölənlərin sayı 4,7 minə çatıb.

Ümumilikdə isə ABŞ-da koronavirus 10335 nəfərin həyatına son qoyub. Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. SARS-CoV-2 koronavirusunun təsbit olunduğu xəstələrin sayı isə təxminən 340 mindir.

Əlaqədar

"Tunelin sonunda işıq". Tramp koronavirusdan sonrakı günlərdən danışdı
ÜST nümayəndəsi koronavirusun ən aşkar simptomunu deyib
"Mənlik deyil". Tramp qaydalara riayət etməyəcək
ABŞ-dan qorxulu rəqəmlər: İtaliya yalan oldu
Dünya tam "bağlanmayıb", minlərlə təyyarə havada

Əsas mövzular