13:27 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
99 0 0

"Oval ofisdə "Rezolut" adlı bu gözəl masanın arxasında maskada oturub prezidentləri, baş nazirləri, diktatorları, kralları və kraliçaları qəbul etmək mənlik deyil", - Tramp deyib.

BAKI, 4 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp koronavirusdan qorunmaq üçün üzü qeyri-tibbi parça ilə örtməyə dair tibb işçilərinin verdiyi yeni tövsiyələri səsləndirib, lakin özü buna riayət etməyəcəyini bildirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bu tövsiyənin könüllü və müvəqqəti xarakter daşıdığını vurğulayıb.

"Son araşdırmalardan bilirik ki, simptomları olmayan insanlardan yoluxma əvvəllər düşünüləndən də çox virusun yayılmasında əhəmiyyətli rol oynayır. Buna görə də Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ictimai sağlamlığın qorunması üçün əlavə könüllü tədbir kimi üzünüzü təcili olaraq qeyri-tibbi parça ilə bağlamağı tövsiyə edir", - o, jurnalistlərə bildirib.

"Mən özüm bunu edəcəyimi düşünmürəm", - Prezident əlavə edib.

"Mən özümü yaxşı hiss edirəm. Oval ofisdə "Rezolut" adlı bu gözəl masanın arxasında maskada oturub prezidentləri, baş nazirləri, diktatorları, kralları və kraliçaları qəbul etmək mənlik deyil", - Tramp əlavə edib.

Son məlumatlara görə, ABŞ-da COVID-19 koronavirusunun qurbanlarının sayı 7 mini keçib.

Əlaqədar

Narkotiklər və koronavirus: ABŞ nəhəng əməliyyata başlayır
ABŞ-ın koronavirusa görə Azərbaycana ayırdığı yardımın necə istifadə olunacağı açıqlandı
Koronavirus məşhur azərbaycanlı qızın Moskva və ABŞ-dakı biznesinə zərbə vurub
ABŞ-dan bədbin proqnoz – Koronavirusun ikinci dalğası...

Əsas mövzular