09:28 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3110

Bəzi vakansiyalar üzrə izolyasiya rejimi bitdikdən sonra, yaxud da indi, evdən olmaqla işə başlamaq təklif olunur

BAKI, 4 aprel — Sputnik. Pandemiya zamanı müəyyən mütəxəssislərə daha çox tələbat yaranır. Ən çox təbabət və əczaçılıq sahəsində bacarığı olanlara üstünlük verilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə HeadHunter portalı yazır.

Eyni zamanda qeyd olunur ki, təhlükəsizlik və dövlət xidmətləri, ev xidmətçiləri və qulluqçular, tikinti və daşınmaz əmlak sahəsində vakansiyaların sayı artıb. 

Əksinə, marketinq, mühasibatlıq, reklam və PR, hüquq və heyətin idarə olunması üzrə vakansiyalar isə xeyli azalıb.

Qeyd olunur ki, bəzi vakansiyalar üzrə izolyasiya rejimi bitdikdən sonra, yaxud da indi, evdən olmaqla işə başlamaq təklif olunur. Bunlara IT, təhsil, biznes xidmətləri, marketinq və reklam işləri aiddir.

Cons Hopkins Universitetinin məlumatına görə, dünyada SARS-Cov-2 koronavirusuna yoluxanların sayı 1 milyon 99 min nəfəri ötüb. Bunlardan 59 minə yaxını sağalıb, 226 min nəfər isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Əlaqədar

Pandemiyanın Avropadakı əsas qurbanı bəlli oldu: Sonun başlanğıcı
"Qaş düzəldən yerdə..." - İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir
Karantində əməkdaşları məhdud sayda işə cəlb edilməli olan qurumların sayı artıb
Cizgi filminin sonu - "Disney" koronavirusa görə işçilərini məzuniyyətə göndərir

Əsas mövzular