18:05 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
86 0 0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 2 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 927 925-yə çatıb. Bu barədə Sputnik Azərbaycan South China Morning Post-a istinadən xəbər verir.

Məlumata əsasən, bu virusa yoluxmuş 46 616 nəfər vəfat edib, 190 766 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 81 268 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 5007 nəfər artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 215 min 417 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İtaliya ilk yerdədir. Belə ki, bu ölkədə 110 574 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular