BAKI, 2 aprel — Sputnik. Günəşli hava şəraitinin başlanması ilə COVID-19 xəstəliyinin yayılması yavaşlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Virus İnfeksiyalarının Profilaktikası və Müalicəsi Elmi-Tədqiqat İnstitutunun direktoru Georgi Vikulov "Moskva 24" telekanalına bildirib.
Vikulov bildirib ki, virus şaxtada da yaşaya bilir. Onun sözlərinə görə, infeksiyanın yayılma sürətini yüksək temperaturlar azalda bilər ki, burada da söhbət müsbət 50 və daha yüksək dərəcələrdən gedir.
"Lakin günəş insolyasiyası gücləndikdə virusun yayılması yavaşlayacaq. Buna görə də yaya doğru xəstəliyin azalmasını, virusun fəaliyyətinin azalmasını gözləyirik", - Vikulov bildirib.
İnsolyasiya müəyyən vaxt ərzində üfüqi səthə düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası axındır.
İlk dəfə olaraq 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilmiş COVID-19 xəstəliyi artıq 180-a yaxın ölkədə yayılıb.
COVID-19 xəstəliyinin qurbanların ən böyük sayı İtaliyada qeydə alınıb (12,5 mindən çox). Siyahıda sonrakı pillələri İspaniya, Birləşmiş Ştatlar, Fransa, Çin, İran və Böyük Britaniya tutur.