Gürcüstanda əhaliyə böyük güzəşt – İşıq, qaz, su pulları...

© AFP 2023 / VANO SHLAMOVПамятник королю Вахтангу Горгасали в Авлабарском районе столицы Грузии Тбилиси
Памятник королю Вахтангу Горгасали в Авлабарском районе столицы Грузии Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir qeyd edib ki, hazırda hökumət kimlərin öz iş yerlərini itirdiyini araşdırır və bundan sonra bu şəxslərə yardım məqsədilə xüsusi tədbirlər görüləcək.

BAKI, 1 aprel — Sputnik. Gürcüstan hökumətinin qərarına əsasən, 200 kilovat elektrik enerjisi və 200 kubmetr təbii qazdan az istifadə edən abonentlərin kommunal xərcləri 3 ay müddətinə dövlət tərəfindən ödəniləcək. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Georgi Qaxariya bu gün keçirilən hökumətin iclasında bildirib.

O vurğulayıb ki, koronavirus ölkə iqtisadiyyatına güclü zərbə vurub, gələcəkdə isə iş yerlərinin itirilməsinə səbəb ola bilər. Hökumət ilk növbədə əhalinin qorunması üçün əlindən gələni edəcək.

"Bura təmizlik və su üçün xidmət haqları da daxildir. Bu kömək isə hər bir vətəndaşa şamil olunur. Lakin biz anlayırıq ki, bu kifayət deyil", - deyə Qaxariya qeyd edib.

Baş nazir qeyd edib ki, hazırda hökumət kimlərin öz iş yerlərini itirdiyini araşdırır və bundan sonra bu şəxslərə yardım məqsədilə xüsusi tədbirlər görüləcək.

Qeyd edək ki, bu günə olan məlumata görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatıb. Bu ölkədə koronovirusdan sağalan şəxslərin sayı 22 nəfərdir. Daha 5106 nəfər karantində, 294 nəfər isə həkimlərin birbaşa nəzarətində saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 847 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0