Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İlk məhbus: Koronavirusla bağlı ABŞ-dan məyusedici xəbər

© AP Photo / GUILLERMO ARIASТьюрма, фото из архива
Тьюрма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu arada ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri koronavirusun yayılması ilə əlaqədar olaraq üç ştatın sakinlərinə 14 gün ərzində ölkədaxili səfərlərdən çəkinməyi tövsiyə edib.

BAKI, 30 mart — Sputnik. "COVID-19" xəstəliyi Birləşmiş Ştatlarda məhbusun ölümünə səbəb olub. Sputnik Azərbaycan ABŞ-ın Federal Həbsxanalar Bürosuna istinadən xəbər verir ki, bu ilk belə ölüm faktıdır. 

Büronun məlumatına görə, Luiziananın Oukdeyl şəhərindəki həbsxanada cəza çəkən 49 yaşlı Patrik Cons martın 19-da uzun sürən öskürəkdən şikayət edib. Xəstəxanada aparılmış testdən sonra məhbusda yeni tip koronavirus aşkar edilib. Tibbi heyət martın 28-də xroniki sağlamlıq problemləri olan Consun ölümü barədə məlumat verib.

Bir qədər öncə "COVID-19" ABŞ-da ilk dəfə olaraq körpənin ölümünə səbəb olub. Bu barədə İllinoys ştatının Səhiyyə Departamenti öz saytında məlumat verib.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa yoluxanların sayı 700 mini keçdi

Körpə Çikaqo şəhərində vəfat edib. Onun hələ bir yaşı olmadığı bildirilir.

Qeyd olunur ki, hazırda yaşlı nəsil koronavirusla bağlı risklərə daha çox məruz qalır. Hakimiyyət orqanlarının məlumatına görə, ölüm hallarının 85 faizi yaşı 60-dan yuxarı olan insanlar arasında qeydə alınıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) isə koronavirus xəstəliyinin yayılması ilə əlaqədar olaraq Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarının sakinlərinə 14 gün ərzində ölkədaxili səfərlərdən çəkinməyi tövsiyə edib. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martda yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu "COVID-19" xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 634 mindən çox yoluxma faktı qeydə alınıb, təxminən 30 min insan dünyasını dəyişib.

Xəbər lenti
0