22:32 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3210

Gürcüstanda "COVID-19" xəstəliyinə yoluxma hallarının sayı 73-ə yüksəlib. Ermənistanda isə koronavirusa yoluxma hallarının sayı 265-ə çatıb.

BAKI, 25 mart — Sputnik. Gürcüstanda yeni tip koronavirusa (COVID-19) yoluxmuşların sayı 73-ə yüksəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "StopCov" infeksiyanın qarşısının alınması üzrə hökumət saytı yayıb.

Hazırda Gürcüstanda 4 mindən çox adam karantində saxlanılır, 252 nəfər isə klinikalarda həkim nəzarəti altındadır. Doqquz nəfər "COVID-19" xəstəliyindən müalicə olunub.

Gürcüstan hökuməti ölkənin iki şərq rayonunda – Bolnisi və Marneulidə tam karantin rejimi tətbiq edib. Hələ ki Marneuli və Bolnisi rayonlarından başqa heç bir yerdə karantin elan edilməyib.

Ötən həftə Gürcüstan hökuməti ölkədə aprelin 21-dək davam edəcək fövqəladə vəziyyət elan edib.

Ermənistanda isə koronavirusa yoluxma hallarının sayı 265-ə çatıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin saytında məlumat verilir.

Bir müddət öncə Ermənistan hökuməti 249 koronavirusa yoluxma faktı barədə məlumat verib.

"Ermənistanda 265 koronavirusa yoluxma halı təsdiqlənib. On altı nəfər sağalıb, xəstəlikdən ölüm halları yoxdur", – məlumatda bildirilir.

Bu arada Ermənistanın bölgələri arasında avtobus və mikroavtobuslarla sərnişin daşınması martın 31-dək dayandırılıb, lakin taksi ilə səfərlərdə heç bir məhdudiyyət yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq 372 mindən çox insan koronavirusa yoluxub, qurbanların sayı 16 mini keçir.

Əlaqədar

İtaliyada koronavirusdan ölənlərin sayı niyə artdı?
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Putindən qəfil addım: koronaviruslu xəstələrlə görüşə getdi - VİDEO
Gürcüstanın azərbaycanlılar yaşayan iki rayonuna hərbi texnika yeridildi - VİDEO
Daha təyyarədə yemək vermirlər: koronavirusa görə

Əsas mövzular