05:22 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3701

"Yeddi xəstəmiz vəfat etdi, onlardan birində xroniki obstruktiv ağciyər xəstəliyi vardı, altı nəfər isə yaşlıydı"

BAKI, 24 mart — Sputnik. Türkiyədə koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı 44-ə yüksəldi.

Sputnik Azərbaycan CNN Türk-ə istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahreddin Koca verib.

"Neçə nəfər? Dünyanın 195 ölkəsində hər gün bu suallar verilir. İnsanlarımızı itirsək də, Türkiyə üçün hələ gec deyil. Tədbirlər yoluxma sayının artmasının qarşısını ala bilər. Son 24 saatda 3952 test edilib, 343 nəfərdə koronavirusa yoluxma təsbit olunub. Yeddi xəstəmiz vəfat etdi, onlardan birində xroniki obstruktiv ağciyər xəstəliyi vardı, altı nəfər isə yaşlıydı. Gördüyümüz tədbirlər qədər güclü ola bilərik", - F.Koca bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada 330 mindən çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan isə onun yaratdığı ağır sətəlcəm xəstəliyindən dünyasını dəyişib.

Əlaqədar

İtaliyada "can bazarı" - ölüm kabusu sakitləşmək bilmir
Bu çağırış koronavirusa son qoya bilər
İtaliyada koronavirusdan ölənlərin sayı niyə artdı?
Dünyanı bürüyən bəla haqda ümidli sözlər: immunitet yaranır
Fatih Terimdən üzücü xəbər

Əsas mövzular