06:30 01 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1858 0 0

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi vətəndaşlara 500 milyard dollar paylamağı təklif edib.

BAKI, 19 mart — Sputnik. ABŞ Maliyyə Nazirliyi vətəndaşlara 500 milyard dollar paylamağı təklif edib. Bundan başqa, Maliyyə Nazirliyi kiçik biznesin kreditləşdirilməsi üçün 300 milyard dollar və epidemiyadan zərər görmüş aviasiya sənayesinin dəstəklənməsi üçün ayrıca 50 milyard dollar ayıra bilər.

ABŞ Maliyyə Nazirliyi koronavirusla bağlı iqtisadi dəstək paketinə dair təklifləri açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin memorandumunda xüsusilə amerikalılara 500 milyard dollara qədər nağd pul verilməsi təklif olunur.

"Vergi ödəyicilərinə iki mərhələdə birbaşa ödənişlərin verilməsi üçün vəsaitin təsdiqlənməsi və ayrılması təklif olunur. Bunu Vergi xidməti və Maliyyə xidmətləri bürosu həyata keçirəcək. Aprelin 6-dan başlayaraq 250 milyard dollar və mayın 18-dən başlayaraq 250 milyard dollar ödənilməlidir", – memorandumda bildirilir.

Ödənişlərin vergi ödəyicilərinin gəlirlərindən asılı olacağı ehtimal edilir.

Bundan başqa, Maliyyə Nazirliyi kiçik biznesin kreditləşdirilməsi üçün 300 milyard dollar, iqtisadiyyatın problemli sahələrinin borclarının təminatı üçün 150 milyard dollar və epidemiyadan zərər görmüş aviasiya sənayesinin dəstəklənməsi üçün ayrıca 50 milyard dollar ayırmağı təklif edir.

Əsas mövzular