07:19 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9 0 0

Oksford universitetinin tərkibində olan qalereyadan XVI və XVII əsrə aid 3 rəsm əsəri oğurlanıb. Onlardan biri Van Deykindir

BAKI, 17 mart — Sputnik. Kraystçerç rəsm qalereyasında oğurluq baş verib. Sputnik Azərbaycan xəbər verir ki, Oksford universitetinin tərkibində olan qalereyada XVI və XVII əsrə aid 3 rəsm əsəri oğurlanıb.

Sənət əsərlərinin ümumi dəyərinin bir neçə milyon funt-sterlinq olduğu bildirilir. Bu haqda "The Telegraph" qəzeti polisə istinadən məlumat yayıb. Həmin əsərlərin "At belində əsgər" (Van Deyk, 1616), "Qayalı sahillər" (Roza Salvator, 1640), "İçki qəbul edən oğlan" (Annibale Karrami, 1580) olduğu məlum olub.

Qeyd edək ki, hazırda baş vermiş hadisə ilə bağlı axtarış elan olunub.

Əsas mövzular