07:37 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3901

Tramp eksklüziv olaraq ABŞ üçün koronavirusa qarşı vaksin istəyir. Alman alimləri isə hələlik konkret cavab verməyiblər

BAKI, 15 mart — Sputnik. ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı vaksin hazırlayan alman alimlərini öz tərəfinə çəkmək istəyir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə AFR hökumətindəki mənbəyə istinadən "Welt am Sonntag" nəşri yazıb.

Nəşrin yazdığına görə, söhbət Tübingendə yerləşən "CureVac" firmasından gedir. Guya Tramp ya onları ABŞ-a dəvət etmək, ya da vaksini eksklüziv olaraq öz ölkəsi üçün almağa görə alimlərə külli miqdarda pul təklif edir. "Ancaq yalnız ABŞ üçün", - hökumətdəki mənbə dəqiqləşdirib.

Bu isə "Welt am Sonntag"ın fikrincə, Amerika Birləşmiş Ştatları ilə Almaniya arasında birbaşa olmasa da, hiss olunan mübahisə yaradıb. Çünki Almaniya "CureVac"ın vaksini AFR-də hazırlamasını istəyir. Qeyd olunur ki,  firma vaksinin hazırlanmasını Almaniyanın Paul Erlix Federal İnstitutu ilə birlikdə reallaşdırır.

"Federal hökumət yeni koronavirus dərman və vaksininin Almaniya və Avropada da hazırlanmasında çox maraqlıdır. Buna görə hökumət "CureVac" şirkəti ilə intensiv təmasdadır",  - AFR-in Səhiyyə Nazirliyinin nümayəndəsi deyib. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni COVID-19 koronavirusu epidemiyasını pandemiya adlandırıb. Dünyada 135 ölkədə 142 mindən çox adam bu virusa yoluxub, çoxu sağalsa da, 5,3 mindən çox adam ölüb.

Əlaqədar

ABŞ-da fövqəladə vəziyyət, Çindən gələn tibb ləvazimatlarına rüsum da ləğv olundu
Rusiyada koronavirusa yoluxanların sayı artdı
Koronavirusun ağır fəsadları açıqlandı
Azərbaycanda daha dörd nəfərdə koronavirus təsdiqləndi
Qrip və koronavirus – Fərq nədədir  

Əsas mövzular