20:54 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4810

Cümə günü Bukingem sarayından elan edilib ki, kraliça II Elizabet koronavirus yayılması səbəbindən ölkənin bölgələrinə səfərləri təxirə salıb, ancaq qəbulların qrafiki dəyişdirilməyib

BAKI, 15 mart — Sputnik. Böyük Britaniya kraliçası II Elizabet koronavirusa yoluxmasın deyə Bukingem sarayını tərk edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Sun" yazıb.

Nəşrin yazdığına görə, cümə axşamı kraliçanı Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahından Vindzor qəsrinə köçürüblər. Əgər yeni koronavirusun ölkədə yayılma tempi artarsa, o zaman kraliça II Elizabet və əri Şahzadə Filip Norfolkdakı Sandringem qəsrində karantinə alınacaqlar.

"Onun (kraliçanın - red.) səhhəti qaydasındadır, ancaq qərar verildi ki, köçürülməsi daha yaxşı olar. Sarayda ziyarətçilərin axını dayanmır, onlar arasında dünyanın hər yerindən gələn insanlar, siyasətçilər də var. İndiyədək kraliça orada xeyli insanla görüşüb. Onun 94 yaşının tamam olmasına bir neçə həftə qalıb, buna görə də müşavirləri hesab etdilər ki, kraliçanı təhlükədən uzaqlaşdırmaq lazımdır", - kral ailəsinin üzvlərindən biri qəzetə deyib.

O qeyd edib ki, Londondakı Bukingem sarayında digər iqamətgahdakılara nisbətən daha çox əməkdaş çalışdığından koronavirusun yayılma təhlükəsi də çoxdur.

Cümə günü Bukingem sarayından elan edilib ki, kraliça II Elizabet koronavirus yayılması səbəbindən ölkənin bölgələrinə səfərləri təxirə salıb, ancaq qəbulların qrafiki dəyişdirilməyib. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 1.1 mindən çoxdur, ölənlərin sayı 21 olub.

Əlaqədar

Soyuqdəymə dərmanları barədə şok açıqlama: koronavirusu gücləndirir
Çindən koronavirusla bağlı ümidverici xəbər
Qrip və koronavirus – Fərq nədədir  
Koronavirusun ağır fəsadları açıqlandı

Əsas mövzular