Nazirə və deputatlara koronavirus diaqnozu qoyuldu

© AFP 2024 / ALAIN JOCARDFransanın Mədəniyyət naziri Frank Rister
Fransanın Mədəniyyət naziri Frank Rister  - Sputnik Azərbaycan
Abunə olmaq
"Son iki həftə ərzində Nazirlər Kabinetinin iclaslarında heç kim görüşərkən əl sıxmayıb", – Veran bildirib.

BAKI, 10 mart — Sputnik. Fransanın Mədəniyyət naziri Frank Rister koronavirusa yoluxub. Sputnik Azərbaycan "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, Fransanın Səhiyyə naziri Olivye Veran mədəniyyət nazirinin özünü yaxşı hiss etdiyini və evdə istirahət etdiyini bildirib.

Medianın məlumatına görə, Fransa parlamentinin beş üzvünə, həmçinin Milli Məclisin yeməkxanasının işçisinə koronavirus diaqnozu qoyulub. Parlament üzvlərinin bəzilərinin və ya hamısının məhz yeməkxanada yoluxduğu güman edilir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ola bilsin ki, Rister xəstəliyə həmin beş parlamentarinin birindən yoluxub. Nazir sonuncu dəfə bir neçə gün əvvəl Prezident Emmanuel Makronla da görüşüb.

Paris hava limanının operatoru "ADP" şirkətinin Baş icraçı direktoru Auqustin de Romane də koronavirusa yoluxub və evdən işləyir.

Səhiyyə naziri Veran bildirib ki, digər hökumət məmurlarından heç kəs koronavirusa yoluxmayıb.

"Son iki həftə ərzində Nazirlər Kabinetinin iclaslarında heç kim görüşərkən əl sıxmayıb", – o bildirib.

Xəbər lenti
0