Dost ölkə virusa görə Azərbaycanı siyahıya saldı: Reyslər və icazələr dayandırılır

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidСамолет авиакомпании Air Astana
Самолет авиакомпании Air Astana - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini vurğulayıb ki, martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.

BAKI, 2 mart — Sputnik. Qazaxıstan martın 5-dən etibarən Azərbaycan da daxil olmaqla koronavirus infeksiyası hallarının qeydə alındığı ölkələrə aviareyslərin sayını azaldacaq. Sputnik Azərbaycan "Tengrinews.kz"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev hökumətin iclasında bildirib.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Gəlib bizdən öyrənsinlər... Baş epidemioloq virusdan qorunmağın sadə yolunu açıqlayır

"Martın 5-dən etibarən Nur-Sultan - Bakı reysi dayandırılacaq. Almatı-Bakı reysi beşdən birə endirilir. Aktau-Bakı reysi yeddidən birə endirilir. Nur-Sultan - Tokio aviareysi isə ikidən birə endiriləcək", - Berik Kamaliyev vurğulayıb.

O vurğulayıb ki, martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.

Bu arada hökumətin iclası zamanı Qazaxıstanın Baş nazirinin müavini Eral Lukpanov bildirib ki, koronavirusun yayılması ilə bağlı bir sıra xarici işçi qüvvəsinin cəlb edilməsi üçün icazələrin verilməsi dayandırılıb.

"Birinci və ikinci kateqoriyalı ölkələr üçün xarici işçi qüvvəsi cəlb etmək üçün icazələrin verilməsi dayandırılıb", - deyə Lukpanov vurğulayıb.

Bu kateqoriyaya isə aşağıdakı ölkələr daxildir: "Çin, İran, Honkonq, Cənubi Koreya, Yaponiya, İtaliya, Sinqapur, Tailand və Azərbaycan.

Xəbər lenti
0