19:10 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
83 0 0

Deputatlar əmindirlər ki, AFR hökuməti Süleymaninin qətli üzrə əməliyyatın gerçəkləşdirilməsinə mane olmalı imiş

BAKI, 27 fevral — Sputnik. Bundestaqın "Solçular" partiyasından olan səkkiz üzvü Almaniyanın baş prokurorluğuna ölkənin kansleri Angelə Merkeldən şikayət göndərib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şikayətdə A.Merkellə yanaşı, federal hökumətin bir neçə başqa üzvü də İran generalı Qasım Süleymaninin ölümündə təqsirləndirilir.

Deputatlar Merkel və hökumət üzvlərini heç bir tədbir görməyərək, dolayı yolla Süleymaninin ölümünə kömək etdiklərinə görə günahlandırırlar.

Bu ittihamlara səbəb amerika pilotsuz aparatlarının hücumları barədə məlumatlar selinin ABŞ-ın Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfaltsdakı aviabazasından keçməsidir. Deputatlar əmindirlər ki, AFR hökuməti Süleymaninin qətli üzrə əməliyyatın gerçəkləşdirilməsinə mane olmalı imiş.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib. "Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb.

Əlaqədar

Avropa liderləri Suriyada yeni müharibənin qarşısını almaq üçün hərəkətə keçdilər
Makron birinci, Merkel ikinci – Tramp və Ərdoğana isə inam yoxdur
“Əlli oldular, bəy...” – ABŞ İranın raket zərbəsinin fəsadlarını etiraf etdi
Trampa müharibə elan edildi - Bu dəfəki düşməni öz müttəfiqidir
Süleymaninin öldürülməsi ilə bağlı daha bir ehtimal: Mark Fino açıqlayır

Əsas mövzular