02:46 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
17 0 0

İtkilərlə üzləşmiş milyarderlərin siyahısında Azərbaycan əsilli biznesmen, "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov da var.

BAKI, 25 fevral — Sputnik. Dünyanın ən zəngin insanları bazar ertəsi 139 milyard dollar itiriblər. Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, koronavirusun dünya iqtisadiyyatına zərbə vuracağına dair fond bazarlarında yaşanan narahatlıq buna səbəb olub. 

Dollar, arxiv şəkli
© Sputnik / Murad Orujov

Bu, 2016-cı ilin oktyabrından (yəni "Bloomberg"in bu cür müşahidələri aparmağa başladığı vaxtdan) etibarən agentliyin reytinqində olan milyarderlərin üzləşdiyi ən böyük itkilərdir.

Belə ki, "Christian Dior", "Louis Vuitton" və "Givenchy" kimi məşhur brendlərin sahibi olan "LVMH" şirkətlər qrupunun Baş direktoru Bernar Arno və "Amazon" şirkətinin rəhbəri Ceff Bezos hər biri 4,8 milyard dollardan çox itki ilə üzləşiblər. Bundan başqa, "Zara" geyim və aksessuar şirkətinin sahibi Amansio Orteqa 4 milyard dollar, "Facebook" sosial şəbəkə saytının təsisçisi Mark Zukerberq isə 3,48 milyard dollar itirib. Birinci onluqda olan digər milyarderlərin var-dövləti ən azı 2,3 milyard dollar azalıb.

İtkilərlə üzləşmiş milyarderlərin siyahısında Azərbaycan əsilli biznesmen, "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov da var. "Bloomberg" onun 1,2 milyard dollar itirdiyini bildirib. 

Lukoil PSC-nin prezidenti Vahid Ələkbərov
© Sputnik / Aleksey Druzhinin
"Lukoil" PSC-nin prezidenti Vahid Ələkbərov

Bazar ertəsi ABŞ fond indeksləri 3 faizdən çox azalıb. İnvestorlar koronavirusun yayılmasından narahatdırlar. Belə ki, xəstəliyin yayılması və karantin tədbirləri Çin və bütün dünya iqtisadiyyatı üçün müəyyən risklər yaradır.

Pekin 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində naməlum pnevmoniyanın yayılması ilə bağlı məlumatlandırıb. Xəstəliyin törədicisinin yeni növ koronavirus olduğu müəyyən edilib. ÜST koronavirusun yayılmasını beynəlxalq miqyaslı fövqəladə hal elan edib.

Əsas mövzular