05:49 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2110

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi məlumata görə, hadisədə 3 nəfər ölmüş, 179 nəfər xəsarət almışdı

BAKI, 24 fevral — Sputnik. İstanbulun Sabiha Gökçen hava limanında fevralına beşində qəzaya uğrayan təyyarənin pilotu həbs olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NTV telekanalı xəbər yayıb.

Bildirilir ki, məhkəmə prokurorluğun "ehtiyasızlıq səbəbindən bir və ya daha artıq şəxsin ölümünə və xəsarətinə səbəb olduğu" iddiasına görə hava laynerinin kapitanı Mahmud Arslanın həbsi tələbini təmin edib.

Fevralın 5-də İzmirdən İstanbula PC2193 reysini gerçəkləşdirən "Pegasus" aviaşirkətinin təyyarəsi Sabiha Gökçen aeroportunda enərkən enmə zolağının kənarına çıxmış və üç yerə bölünmüşdü. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi məlumata görə, hadisədə 3 nəfər ölmüş, 179 nəfər xəsarət almışdı

Əlaqədar

Ölümün bir addımlığında: Türkiyədə təyyarə üç yerə bölündü – VİDEO
Bu dəfə Türkiyədə: Təyyarə eniş zamanı qəzaya uğradı – VİDEO
Təyyarə qəzasında ölən türklərin adları məlum oldu
İstanbuldakı təyyarə qəzasının dəhşət saçan görüntüləri yayıldı

Əsas mövzular