Cənub qonşumuz koronavirusun cəngində - ölənlərin sayı 8 oldu

© AFP 2023 / ATTA KENAREСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İranın bir sıra əyalətlərində təhsil müəssisələri koronavirus təhlükəsi səbəbindən bağlanıb, mədəni tədbirlər ləğv edilib, bir sıra idman yarışları isə tamaşaçılarsız keçiriləcək

BAKI, 23 fevral — Sputnik. İranda koronavirusa yoluxanların təsdiq olunan sayı 43-ə çatıb, bunlardan səkkizi ölüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur deyib.

"On beş yeni yoluxma halı qeydə alınıb, onlardan 7 nəfər Qumda, dörd nəfər Tehranda, 2-si - Gilanda, biri Mərkəzi əyalətdə, biri isə Tonekabon şəhərindədir. Təəssüf ki, bu 15 nəfərdən 3-ü dünyasını dəyişib", - K.Cahanpur IRINN telekanalının efirində deyib.

Onun sözlərinə görə, yoluxanların sayı 43-ə çatıb, bunlardan 8-i ölüb.

İlk dəfə hökumət ölkədə koronavirus yayıldığı barədə fevralın 19-da məlumat verib. Bu, şiə müsəlmanlarının ziyarətgahı olan Qum şəhərində qeydə alınıb. Tibbi işçilərinin sözlərinə görə, yoluxanların əksəriyyəti bu şəhərin sakinləri və oraya ziyarətə gedənlərdir. 

Virusun ölkəyə necə düşdüyünü isə İran Səhiyyə naziri Səid Nəməki koronavirusdan ölənlərdəın birinin Çində xəstəlik yayılarkən orada səfərdə olması ilə əlaqələndirib.

İranın bir sıra əyalətlərində təhsil müəssisələri koronavirus təhlükəsi səbəbindən bağlanıb, mədəni tədbirlər ləğv edilib, bir sıra idman yarışları isə tamaşaçılarsız keçiriləcək.

Xəbər lenti
0