İrandakı təbii fəlakət Türkiyədə 7 insanı öldürdü

© REUTERS / UMIT BEKTASПоследствия землетрясения в Турции
Последствия землетрясения в Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi İranın Xoy mahalında olan zəlzələnin maqnitudası 5.8 olub. İranla sərhəddəki Vanın bir neçə kəndində kərpicdən tikilmiş evlər dağılıb

BAKI, 23 fevral — Sputnik. Bu səhər İranda baş verən zəlzələ zamanı Türkiyənin Van əyalətində 7 nəfər həlak olub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, ölənlərdən üçü uşaqdır.

Mərkəzi İranın Xoy mahalında olan zəlzələnin maqnitudası 5.8 olub. İranla sərhəddəki Vanın bir neçə kəndində kərpicdən tikilmiş evlər dağılıb.

 

"AFAD (Türkiyə FHN - red.) dəstələri Vanın Özpınar kəndinə çatıb. Digərlərinə də köməyə gedəcəklər.  Dağıntılar altında insanlar var. Beş nəfər xəstəxanaya çatdırılıb, xilasetmə işləri davam edir", - deyə S.Soylu bildirib.

Xatırladaq ki, bu səhər 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Qərbi Azərbaycan əyalətinin Xoy mahalında, Qotur rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib. 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

İranın Mehr agentliyinin bildirdiyinə görə, həmin ərazidə insanların seyrək yaşadığı səbəbindən zəlzələnin o qədər də ciddi fəsadlarının olmadığı güman edilir. Qərbi Azərbaycan əyalətinin Böhran vəziyyətlərin idarəolunması departamentinin rəhbəri bildirib ki, zəlzələ güclü fəsadlar törətməyib, bina və tikililərə verdiyi ziyanlar araşdırılır. 

Xəbər lenti
0