Dünyanın düz olduğunu sübut etməyə çalışan kişi əldəqayırma raketdə həlak oldu - VİDEO

© AFP 2023 / HO/NOAAYür kürəsinin kosmosdan görünüşü
Yür kürəsinin kosmosdan görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Hyuz analoji uçuşu 2018-ci ildə gerçəkləşdirmişdi. O zaman Hyuz yerdən 520 m yüksəkliyə qalxa bilmiş, ancaq enərkən kürəyini zədələmişdi

BAKI, 23 fevral — Sputnik. ABŞ-ın Kaliforniya ştatında "yastı dünya" nəzəriyyəsinin tərəfdarı olan Mayk Hyuz əldəqayırma raketdə həlak olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə TMZ yazıb. Hadisənin videosunu sosial şəbəkədə jurnalist Castin Çepman paylaşıb.

Uçan aparatın yerəenmə paraşütü düzgün işləməyib. Sistem özbaşına raketdən ayrılıb. Adam isə yerə çırpılaraq həlak olub.

​Hyuz analoji uçuşu 2018-ci ildə gerçəkləşdirmişdi. O zaman Hyuz yerdən 520 m yüksəkliyə qalxa bilmiş, ancaq enərkən kürəyini zədələmişdi.

64 yaşlı Hyuz limuzin sürücüsü işləyirdi. O, YouTube-da Yer kürəsinin əslində yastı olduğu iddiası ilə məşhurlaşmışdı. Hyuz bu nəzəriyyəni sübut eləmək üçün özü raketlər hazırlayırdı.

Xəbər lenti
0