Miflər dağılır: Qız yoxsa oğlan?

© AFP 2023 / GENT SHKULLAKU Женщина проходит обследование в клинике, фото из архива
Женщина проходит обследование в клинике, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmanın müəlliflərindən biri olan Brendan Tsitç qeyd edib ki, tədqiqatın nəticəsi bütün ehtimalları alt-üst edir

BAKI, 23 fevral — Sputnik. İsveçin Karolina İnstitutunun alimləri sübut edib ki, valideynlərin geni dünyaya gələcək uşağın cinsində heç bir rol oynamır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qız və ya oğlanın doğulması təsadüfdür.

Tullantı qutuları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda dəhşət – Zibil qutusunda körpə meyiti tapıldı

Uşağın cinsi atasından X və ya Y xromosomunu götürməsindən asılıdır. Ancaq döllənmə zamanı onların hansının üstün olacağını bilmək mümkün deyil.

Əvvəllər belə hesab edilir ki, uşağın cinsi irsi olaraq formalaşır. Məsələn, atanın bacıları varsa, uşağın qız olacağı, atanın qardaşları varsa, uşağın oğlan olacağı ehtimalının böyük olduğu güman edilirmiş .

Ralf Halkolun başçılıq etdiyi alimlər qrupu bu nəzəriyyəni araşdırıb. Onlar 1932-ci ildən bu günə qədər İsveç ailələrini və onların uşaqlarının tarixini öyrəniblər. Genetiklər 3,54 milyon valideyni və onların 4,75 milyon uşaqlarını təhlil ediblər. İlk növbədə alimlər qardaş və bacıların dünyaya gələcək uşağın cinsinə təsirini öyrənməyə çalışıblar. Müəyyən edilib ki, bunun heç bir təsiri yoxdur.

İnanılmaz statistika: Kənddə hər beşinci körpə nikahsız doğulur

Alimlər onu da müəyyən ediblər ki, valideynlərin bioqrafiyası gələcək uşağın cinsinə təsir etmir.

Eyni zamanda alimlər birinci uşağın cinsi ilə ikincinin əlaqəsini də müəyyən edə bilməyiblər.

Zəngin valideynlərin oğul, gözəl cütlüklərin isə qız övladı doğulması iddiası da öz təsdiqini tapmayıb.

Araşdırmanın müəlliflərindən biri olan Brendan Tsitç qeyd edib ki, tədqiqatın nəticəsi bütün ehtimalları alt-üst edir.

Xəbər lenti
0