Ailə biznesi? Kardaşyanın bacısı da yarımçılpaq şəkil çəkdirdi

© AFP 2023 / Angela WeissКим Кардашян на балу Института костюма Met Gala в Нью-Йорке
Ким Кардашян на балу Института костюма Met Gala в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
"Roberto Cavalli" lüks markasının muzey kolleksiyasından olan paltar məşhurun belini tamamilə açır və onun yanbızını bir az göstərir.

BAKI, 23 fevral — Sputnik. Kim Kardaşyanın böyük bacısı və "Poosh" gözəllik və sağlamlıq saytının təsisçisi Kortni Kardaşyan qaz sobasının arxasına keçərək açıq-saçıq geyimdə şəkil çəkdirib. Sputnik Azərbaycan xəbər verir ki, Kortni fotoşəkillərini özünün "Instagram" səhifəsində paylaşıb.

Belə ki, 40 yaşlı Kardaşyan əynində İtalyanın "Roberto Cavalli" lüks markasının muzey kolleksiyasından olan paltarla qaz plitəsinin yanında poza verib. Tünd-yaşıl pulcuqlu tikmələrlə bəzədilmiş paltar məşhurun belini tamamilə açır və onun yanbızını bir az göstərir.

View this post on Instagram

cookin’ up positivi-tea

A post shared by Kourtney Kardashian (@kourtneykardash) on

"Əhval-ruhiyyəni qaldırmaq üçün çay hazırlayıram", – Kardaşyan şəklinə şərhdə yazıb.

2019-cu ilin avqustunda Kortni Kardaşyan "Photoshop"da redaktə edilməmiş şəklini paylaşaraq pərəstişkarlarını təəccübləndirib. Fotoda televiziya ulduzunun yaxtada əynində qara çimərlik paltarı və başında saman şlyapa ilə poza verdiyini görmək olar. Sosial şəbəkə istifadəçilərinin diqqətini Kardaşyanın ombasındakı genəlmələri fotoredaktə etməməsi çəkib.

Xəbər lenti
0