BAKI, 19 fevral — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 74 185 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Məlumata görə, koronavirusa yoluxanlardan 2004 nəfər ölüb, 14 375 xəstə isə sağalıb. Xəstələrdən 11 977 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün 72 min 436 nəfərin virusa yoluxduğu, onlardan 1 886 nəfərin öldüyü bildirilirdi.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.