Ölümündən sonra dostlarına ən bahalı ziyafət təşkil etdi

© AFP 2023 / WATTIE CHEUNGKolin Ueyr həyat yoldaşı ilə, arxiv şəkli
Kolin Ueyr həyat yoldaşı ilə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun yaxın dostu bildirib ki, görüş Er şəhərində yerləşən 5 ulduzlu "Ternberri" otelində baş tutub. O, həmin oteldə ən böyük nömrəni sifariş edib.

BAKI, 15 fevral — Sputnik. 2011-ci ildə lotereyada 161.7 milyon funt sterlinq qazanan Kolin Ueyr (Colin Weir) ölümündən sonra dostları üçün dəbdəbəli şənlik təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Şotlandiyanın "Daily Record" qəzeti məlumat yayıb. Ueyr ötən ilin dekabr ayında böyrək çatışmazlığından dünyasını dəyişib. Ölümqabağı o, qərara gəlib ki, dostları üçün böyük bayram təşkil etməlidir. Mərhumun yaxın dostu bildirib ki, görüş Er şəhərində yerləşən 5 ulduzlu "Ternberri" otelində baş tutub. O, həmin oteldə ən böyük nömrəni sifariş edib. Hər şey möhtəşəm idi. Biz bu cür gecəni yalnız arzulaya bilərdik. Qonaqlar ən bahalı şampan və lobster dadıblar.

Ueyrin dostu əlavə edib ki, oraya ancaq dostlar dəvət olunublar. Hətta ailə üzvləri belə buraxılmayıblar.

Qeyd edək ki, Kolin Ueyrin ötən ilin iyul ayında lotereyada bəxti gətirib. Ailə qazanılan məbləği bahalı həyat sürməyə həsr edib.

Xəbər lenti
0