22:23 22 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Səhiyyə üzrə yerli komitədə bildiriblər ki, xəstəliyin diaqnozu yeni təsnifata uyğun olaraq qoyulub.

BAKI, 13 fevral — Sputnik. Çində fevralın 12-si 15152 nəfər yeni koronavirusa tutulub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Çinin səhiyyə üzrə dövlət komitəsinin sədri Mi Fen bildirib.

O vurğulayıb ki, 24 saat ərzində 254 nəfər xəstəlikdən ölüb, 1171 nəfər isə sağalıb. Ümumilikdə yeni koronavirusdan ölənlərin sayı 1367-ə, sağalanların sayı isə 5911-ə çatıb.

Xatırladaq ki, Çinin Hubey əyalətinin rəsmiləri koronavirusa yoluxmuş şəxslərin sayında kəskin artımın səbəbini izah ediblər. Rəsmilərin sözlərinə görə, buna səbəb bu xəstəliyin aşkar edilməsi üçün yeni metoddan istifadə edilməsi olub.

Səhiyyə üzrə yerli komitədə bildiriblər ki, xəstəliyin diaqnozu yeni təsnifata uyğun olaraq qoyulub.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Əsas mövzular