06:22 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
27 0 0

Bir müddət öncə Çinin Hubey əyalətində koronavirusa yoluxmuş xəstələrin sayının 48,2 mini keçdiyi məlum olub.

BAKI, 13 fevral — Sputnik. Çinin Hubey əyalətinin rəsmiləri koronavirusa yoluxmuş şəxslərin sayında kəskin artımın səbəbini izah ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, rəsmilərin sözlərinə görə, buna səbəb bu xəstəliyin aşkar edilməsi üçün yeni metoddan istifadə edilməsi olub.

Səhiyyə üzrə yerli komitədə bildiriblər ki, xəstəliyin diaqnozu yeni təsnifata uyğun olaraq qoyulub.

Bir müddət öncə Çinin Hubey əyalətində koronavirusa yoluxmuş xəstələrin sayının 48,2 mini keçdiyi, eləcə də yeni pasiyentlərin sayının 14 mini ötdüyü, 3 441 nəfərin xəstəxanadan buraxıldığı və 1 310 nəfərin koronavirusdan vəfat etdiyi məlum olub.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Əsas mövzular