06:40 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Nikol Paşinyanın rəhbəri olduğu hakim "Mənim addımım" blokuna isə 78 006 300 dram (276 min 956 AZN) ayrılacaq.

BAKI, 13 fevral — Sputnik. Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası Nikol Paşinyan hökumətindən yardım qismində 5 208 500 dram (18 min 492 AZN) alacaq. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən sabiq hakim partiyaya dövlət büdcəsindən vəsaitin ayrılmasına dair qərar Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Belə ki Ermənistan qanunvericiliyinə görə seçkilərdə 3%-lik baryeri keçən istənilən partiyaya hökumət tərəfindən maliyyə yardımı edilməlidir.

Nikol Paşinyanın rəhbəri olduğu hakim "Mənim addımım" blokuna isə 78 006 300 dram (276 min 956 AZN) ayrılacaq.

Əsas mövzular