03:17 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2310

Alimlər müəyyən ediblər ki, Cryptococcus neoformans digər bitkilərin karbon qazını udub oksigen ifraz etdiyi kimi, təhlükəli şüaları qəbul edərək enerjiyə çevirir

BAKI, 13 fevral — Sputnik. Çernobıl Atom Elektrik Stansiyasında radiasiya ilə qidalanan qeyri-adi göbələk aşkar edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, digər canlılar üçün öldürücü dozada olan radiasiya bu göbələyin inkişafına rəvac verir.

Göbələk Cryptococcus neoformans növünə aiddir. O, qəzadan 20 il sonra 2000-ci illərin ortalarında aşkar olunub. Ancaq bu göbələyin qeyri-adi xüsusiyyəti yeni aşkar edilib.

Araşdırmalar göbələkdə yüksək səviyyədə melanin olduğunu sübut edib.

Bu piqment insan orqanizmində də var və günəşdə qaralma zamanı özünü büruzə verir.

Bundan başqa, alimlər müəyyən ediblər ki, Cryptococcus neoformans digər bitkilərin karbon qazını udub oksigen ifraz etdiyi kimi, təhlükəli şüaları qəbul edərək enerjiyə çevirir.

Ekspertlər hesab edirlər ki, göbələyin əsasında radiasiya şüalanmasının enerji mənbəyi kimi istifadə edildiyi yeni texnologiya yaradıla bilər.

Bu, xüsusilə kosmik uçuşlar üçün faydalı ola bilər.

Məlumdur ki, kosmosda radiasiya səviyyəsi Yerlə müqayisədə qat-qat çoxdur. Və bu planetlərarası missiyanın yerinə yetirilməsinə xidmət edir. Ehtimallar var ki, kosmonavtlar Marsa və ya digər təyin edilmiş yerlərə çatana qədər yüksək hədli radiasiyadan əziyyət çəkirlər.

Ola bilər ki, göbələk bu problemin həllinə kömək edə bilər.

Əlaqədar

Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, "özümüzünkü"dür
Çernobıl hələ də təhlükə mənbəyidir
Ölkəsinə bax, maşınını al - virusdan da təhlükəli radiasiya var
Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı – Ziyarətgahın axırı nə olacaq?
Yeni dəbə minmiş turizm istiqaməti sağlamlıq üçün təhlükəlidir

Əsas mövzular