"Alınmadı, rəis" - Tramp qurtuldu

© AP Photo / Patrick SemanskyПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunvericilər dövlət başçısını səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin işinə mane olmaqda təqsirli bilməyiblər.

BAKI, 6 fevral — Sputnik. ABŞ Senatı ölkə Prezidenti Donald Trampı impiçment prosesi çərçivəsində ona qarşı irəli sürülmüş bütün ittihamlardan azad edib. Bu isə Trampın impiçment prosesinin baş tutmaması deməkdir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Senatda keçirilmiş yekun səsvermə Konqresin rəsmi saytında yayımlanıb. 

Qanunvericilər dövlət başçısını səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin işinə mane olmaqda təqsirli bilməyiblər. Ona birinci ittihamla (səlahiyyətlərindən sui-istifadə etmə) bağlı bəraət verilməsi üçün 100 senatordan 52-si səs verib. İkinci ittihamla bağlı isə Trampın lehinə 53 səs verilib.

Beləliklə, Trampın mühakimə edilməsi və onun hakimiyyətdən uzaqlaşdırılması üçün tələb olunan səslərin üçdə ikisini (67 səs) toplamaq mümkün olmayıb.

Xatırladaq ki, Konqresin Nümayəndələr Palatası 2019-cu ilin dekabrda Trampa qarşı iki maddə üzrə impiçment prosesini irəli sürüb: vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və Konqresin işinə maneə törətmə.

Demokratlar Amerika prezidentinin ukraynalı həmkarı Vladimir Zelenskiyə Co Baydenin oğluna qarşı korrupsiya işinin araşdırılmasına kömək etmək üçün təzyiq göstərdiyini sübut etmək niyyətində idilər. Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi hesab edilirdi.

Xəbər lenti
0