Ukrayna vurulan təyyarəyə görə İrandan daha çox pul istəyir

© AFP 2023На месте крушения самолета в Иране
На месте крушения самолета в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
"İran tərəfi bizə dərhal hər bir ailə üçün, hər bir qurban üçün 80 min dollar təklif etdi. Amma bu çox azdır" - V.Zelenski

BAKI, 2 fevral — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, İran Tehran yaxınlığındakı qəzaya görə təyyarədə ölənlərin ailələrinə ayrı-ayrılıqda 80 min dollar kompensasiya təklif etsə də, qəbul olunmayıb.

Пассажирский самолет авиакомпании IranAir, фото из архива - Sputnik Azərbaycan
İranda daha bir təyyarə qəzası – Bu dəfə “Airbus” və 110 nəfər

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Prezident daha çox məbləğ alacaqlarını deyib.

"İran tərəfi bizə dərhal hər bir ailə üçün, hər bir qurban üçün 80 min dollar təklif etdi. Amma bu çox azdır. Daha böyük məbləğ üçün təzyiq göstərəcəyik", - Zelenski TSN-ə müsahibəsində deyib.

Xatırladaq ki, yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.

Xəbər lenti
0