İslam ölkələrinə baxdıqda özümüzə yazığım gəlir – Ərdoğan

© REUTERS / Umit BektasПрезидент Турции Реджеп Эрдоган, фото из архива
Президент Турции Реджеп Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstini iki sərhəd keçidli magistralla İordaniya ilə birləşdirmək nəzərdə tutulur. Fələstinin Qərb sahili İordaniyadan İsrail torpağının şəridi ilə ayrılacaq. Bundan başqa, Qəzza zolağı əhəmiyyətli dərəcədə genişləndiriləcək.

BAKI, 31 yanvar - Sputnik. Türkiyə heç vaxt Birləşmiş Ştatların Yaxın Şərqə dair planını qəbul etməyəcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Fələstini yox edəcək bu planı əsla tanımır və qəbul etmirik. İslam ölkələrinin mövqelərinə baxdıqda özümüzə yazığım gəlir. Səudiyyə Ərəbistanı, səsin gəlmir, səsin. Nə vaxt gələcək səsin? İordaniya, Bəhreyn, BƏƏ rəhbərliyi. O tədbirə qatılıb, alqışlayırlar da. Təəssüflər olsun. O alqışlayan əllər bu xain addımın hesabını necə verəcək?", - deyə Ərdoğan hayqırıb.

Qeyd edək ki, yanvarın 28-i ABŞ Prezidenti Donald Tramp "əsrin razılaşması" çərçivəsində İsraillə Fələstinin yeni xəritəsini paylaşıb.

"Paytaxtı Yerusəlimin şərqində olacaq gələcək Fələstin dövləti belə görünə bilər", - Tramp yazıb.

"Mən həmişə İsrail dövlətinə və yəhudi xalqına dəstək verəcəm. Onların təhlükəsizliyini və tarixi vətənlərində yaşamaq hüquqlarını tam dəstəkləyirəm. Sülh zamanıdır", - Tramp qeyd edib.

Amerika lideri mesajlarını həmçinin ivrit dilində və ərəbcə təkrarlayıb.

Dərc olunmuş xəritəyə görə, Fələstini iki sərhəd keçidli magistralla İordaniya ilə birləşdirmək nəzərdə tutulur. Fələstinin Qərb sahili İordaniyadan İsrail torpağının şəridi ilə ayrılacaq. Bundan başqa, Qəzza zolağı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Ona Misirlə sərhəddəki iki iri rayon birləşdiriləcək. Trampın təklif etdiyi xəritədə Suriyanın Qolan təpələri də İsrail ərazisi kimi göstərilir.

Xəbər lenti
0