Planetimizin cənub-şərqi güclü silkələndi

© AFP 2023 / NURPADILAİndoneziyada zəlzələ
İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Təkanlar bazar günü Bakı vaxtilə saat 20.58-də baş verib. Ekspertlər zəlzələni "olduqca güclü" olaraq qiymətləndirirlər

BAKI, 20 yanvar — Sputnik. İndoneziyanın mərkəz hissəsində yerləşən Sulavesi adasındakı Qorontalo şəhərindən 124 kilometr cənub-şərqdə, Molukkan dənizi sularında, 6.2 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsindən məlumat verilib. Qeyd edilib ki, təkanlar bazar günü Bakı vaxtilə saat 20.58-də baş verib. Ekspertlər zəlzələni "olduqca güclü" olaraq qiymətləndirirlər.

Qeyd edək ki, bundan bir neçə saat öncə Çində də güclü zəlzələ baş verib. 6,4 gücündə zəlzələ ölkənin şimal-qərbində qeydə alınıb. Zəlzələnin episentri təqribən 16 kilometr dərinlikdə olub. İlkin məlumatlara görə, fəlakət nəticəsində bir neçə nəfər zərər çəkib.

Xəbər lenti
0