09:32 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
93 0 0

Ayağında ülgüc olan xoruz 55 yaşlı adama hücum edib, nəticədə həmin şəxs qanaxmadan elə hadisə yerindəcə dünyasını dəyişib

BAKI, 18 yanvar — Sputnik. Hindistanda xoruz döyüşlərinin qadağan olunmasına baxmayaraq, xoruz döyüşləri bu dəfə insan ölümünə səbəb olub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, rəqibinə qalib gəlsin deyə xoruzlardan birinin ayağına ülgüc bağlanılıb. Xoruzun döyüş meydanından çıxaraq seyrçilərin arasına girməsi isə bədbəxt sonluqla nəticələnib. Ayağında ülgüc olan xoruz 55 yaşlı adama hücum edib, nəticədə həmin şəxs qanaxmadan elə hadisə yerindəcə dünyasını dəyişib.

Artıq qorxunc ölüm hadisəsi ilə əlaqədar olaraq bir neçə şəxs saxlanılıb.

Əsas mövzular