O bizi kəsməyəcək - Böyük Britaniya küt bıçaq istehsalına başlayıb

CC0 / Skeeze / London cityВид на Лондон
Вид на Лондон - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin məlumatına görə son illərdə Böyük Britaniyada bıçaq və deşici alətlərdən 44 min cinayətkar istifadə edib.

BAKI, 16 yanvar — Sputnik. Böyük Britaniyanın yemək dəstləri istehsal edən “Viners” şirkəti küt ucluqla mətbəx bıçaqları istehsal etməyə başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, istehsalçı şirkət bu şəkildə cinayətkarlıqla mübarizə yolunu təklif edib. “Viners”in nümayəndələri yeni bıçaqların istehsalına ölkədə soyuq silahla baş verən cinayətlərin statsitikasının artmasına cavab olaraq başlanıldığını bildirib. İstehsalçı şirkət əmin edir ki, kvadrat ucluqlu bıçaqlar dərini deşmir.

Şirkətin məlumatına görə, son illərdə Böyük Britaniyada bıçaq və deşici alətlərdən 44 min cinayətkar istifadə edib. Bıçaq yarası qurbanlarının sayı 285 min olub. Bu il üçün göstəricilər 1946-cı ildən bu günə qədər ən yüksək həddə olub.

Birləşmiş Krallıq hakimiyyəti qanuna yenidən baxıb və mətbəx bıçaqlarını hücum silahlarıyla bərabərləşdirib. Buna görə, bir çox mağaza bıçaq satmaqdan imtina edib.

Xəbər lenti
0