İranın başı yenə dərddə: dünya bu görüntülərdən danışır – VİDEO

© AFP 2023 / Rohhollah Vadati / ISNAНа месте крушения саомлета в Иране
На месте крушения саомлета в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna "Boeing"inə raket zərbəsi endirildiyi güman edilən anı videoya çəkən şəxsi saxlayıb

BAKI, 15 yanvar — Sputnik. "New York Times" qəzeti Tehran yaxınlığında Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin vurulmasının əks olunduğu video yayımlayıb. Bu barədə Sputnik Azərbaycan nəşrə istinadən xəbər verir.

Görüntülərdən məlum olur ki, əvvəlcə təyyarə istiqamətində bir raket buraxılıb. Bundan 30 saniyə sonra təyyarə istiqamətində ikinci raket atılıb. Raket dəydikdən sonra təyyarə təxminən bir dəqiqə havada qalıb, daha sonra yanğın baş verib və yerə düşüb.

KİV yazır ki, görüntünü yanvarın 14-ü İrandan olan istifadəçi "YouTube" sosial şəbəkəsinə yerləşdirib. Videogörüntülər Tehran yaxınlığında yerləşən Bidkan kəndində binanın dam örtüyünə quraşdırılmış kamera vasitəsi ilə çəkilib.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukrayna "Boeing"inə raket zərbəsi endirildiyi güman edilən anı videoya çəkən şəxsi saxlayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.

Xəbər lenti
0