07:08 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14210

Bu ərəfədə məlum olub ki, Sasseks hersoginyası Meqan Markl 2019-cu ilin sonunda "Disney"lə müqavilə bağlayıb, hətta səsyazmada da iştirak edib

BAKI, 12 yanvar — Sputnik. Sosial şəbəkələrdə Şahzadə Harrinin "Disney" şirkətinin rəhbəri Bob Aygerlə söhbəti yayılıb.

Sputnik Azərbaycan bildirir ki, bazar günü "Daily Mail"in yazdığına görə, Şahzadə Harri xanımı Meqan Marklın cizgi filmlərini səsləndirə biləcəyini deyərək, Aygerdən onu işlə təmin etməsini istəyib.

Əslində hadisə 2019-cu ilin iyulunda baş verib. "Kral Şir" cizgi filminin premyerası zamanı qırmızı xalıda B.Aygerə yaxınlaşan hersoq ona M.Marklın filmlərin səsləndirilməsində iştirak etdiyini bildirib. Ayger isə bu barədə məlumatının olmadığını deyib.

"Siz təəccübləndiniz. O isə doğrudan da bu işlə çox maraqlanır", - Şahzadə Harri bildirib. Şirkət rəhbəri isə əməkdaşlığa şad olacaqlarını dilə gətirib.

Bu ərəfədə məlum olub ki, Sasseks hersoginyası Meqan Markl 2019-cu ilin sonunda "Disney"lə müqavilə bağlayıb, hətta səsyazmada da iştirak edib. Bildirilirdi ki, oradan alacağı qonorarı M.Markl  "Sərhədsiz fillər" vəhşi təbiətin qorunması və heyvanların müdafiəsi xeyriyyə təşkilatına köçürəcək.

Bu il yanvarın əvvəlində isə Şahzadə Harri ilə Meqan Markl kral ailəsi üzvlərinin imtiyazlarından imtina edərək maliyyə cəhətdən sərbəst olmaq istəklərini bəyan ediblər. Buna görə Böyük Britaniya kraliçası II Elizabet ailə iclası çağırıb.

Əsas mövzular