10:19 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
DÜNYA
Qısa URL
12410

"Təəssüf ki, biz sabah, çox güman, evləri itirəcəyik, amma kimsə ölməsə, o zaman sevinərək bunu uğur adlandıracağıq", - Yeni Uelsin Yanğın Təhlükəsizliyi komissarının müavini Rob Rocers deyib

BAKI, 3 yanvar — Sputnik. Avstraliya hökuməti üç ştatın sakinlərinə evlərini tərk etmək üçün son çağırışı edib. Bildirilib ki, hətta yanğınsöndürənlərin bütöv şəhərləri fəlakətin əlindən ala bilməyəcəyi ekstremal vəziyyət çatanadək oradan qaçmaq məsləhətdir.

Sputnik Azərbaycan The Guardian-a istinadən bildirir ki, Yeni Cənubi Uelsdə 14000 kv.km ərazidəki insanlara gecənin düşməsini gözləmədən oradan uzaqlaşmaq tövsiyə edilib.

Viktoriya ştatında 28 nəfərin taleyindən xəbər yoxdur. Şərqi Hippslenddə isə hökumət sakinlərin telefonlarına 250 min ismarış göndərərək təxliyə olunmağa çağırıb.

Cümə gününün sonuna doğru hökumət bildirib ki, Viktoriya ştatının 3.5%-ini yanğın ağuşuna alıb.

Yeni Cənubi Uels və Viktoriyada artıq fövqəladə vəziyyət elan edilib: bu halda yanğınsöndürənlər insanları məcburi köçürmək hüququna malikdirlər.

Cənubi Avstraliyada Kenquru adasında iki yanğın mənbəyinin qarşısını təhlükəsizlik qüvvələri ala bilmirlər.

Sinoptiklər bildirirlər ki, şənbə günü də Avstraliyanın cənub-şərq hissəsində isti hava müşahidə olunacaq. Yanğın təhlükəsini güclü külək artıracaq.

Hərbçilər 17 saatlıq mübarizədən sonra yanğının mühasirəyə aldığı Mallakuta şəhərindən 4000 nəfəri çıxararaq dəniz yolu ilə Qərb limanına apara biliblər.

Ölkənin Baş Naziri Skott Morrison cümə günü Viktoriyadakı təxliyə mərkəzinə baş çəkib. Burada sakinlər onu sərt tənqidlə qarşılayıb, yanğının qarşısını almaq üçün heç bir tədbir görmədiyi üçün günahlandırıblar.

Cümə axşamı eyni situasiyanı Morrison Yeni Cənubi Uels ştatının Kabarqo şəhərində yaşayıb. Evlərini itirən insanlar hətta onunla salamlaşmaq belə istəməyiblər.

Yeni Cənubi Uels ştatının Yanğın Təhlükəsizliyi üzrə keçmiş komissarı Qreq Mallins Morrisonun meşə yanğınlarına münasibətini Donald Trampın kütləvi güllələnmə hallarına reaksiyasına bənzədib. 

"İnsanlar qəzəblidirlər. Əgər hirslərini mənə yönəltmək istəyirlərsə, öz işləridir... - Morrison deyib. - Onların halına acıyıram. Mən onları anlayıram. Bunu fərdi ittiham kimi qəbul etmirəm. Söhbət bir nəfərdən, məndən, yaxud başqa bir adamdan getmir. Biz hamımız bir iş görməliyik".

Yeni Cənubi Uels ştatının hökuməti bildirib ki, bəzi şəhərlərdə, o cümlədən alma yetişdirən mərkəz sayılan Batlouda yanğın o həddə çata bilər ki, yanğınsöndürənlər həyatlarını riskə atmamaq üçün obyektlərin yanmağına izn verməli olacaqlar.

"Təəssüf ki, biz sabah, çox güman, evləri itirəcəyik, amma kimsə ölməsə, o zaman sevinərək bunu uğur adlandıracağıq", - Yeni Uelsin Yanğın Təhlükəsizliyi komissarının müavini Rob Rocers deyib.

Əsas mövzular