Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kimin əsəbləri dözməyəcək: Ekspert ABŞ-Türkiyə münasibətlərini qiymətləndirir

© REUTERS / TOM BRENNERABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ hərbi bazalarının bağlanması ilə bağlı dediklərinə münasibət bildiriblər. Radio Sputnik-in efirində ekspert Vladimir Fitin tərəflərin mövqelərini qiymətləndirib.

BAKI, 17 dekabr — Sputnik. Ankaranın ABŞ hərbi bazalarını bağlayacağı ilə bağlı açıqlamasından sonra Pentaqon Türkiyə ilə münasibətləri qorumaq üçün səy göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Pentaqon rəsmisi "RİA Novosti"-yə verdiyi açıqlamasında deyib.

Российская зенитная ракетная система С-400 - Sputnik Azərbaycan
"S-400"ləri anbarda toz basması üçün almamışıq – Çavuşoğlu

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyalarına cavab olaraq İncirlik və Kürəcik bazalarını bağlamaqla hədələyib.

"Türkiyədəki qüvvələrimizin statusunu onilliklər boyu işləyərək NATO müttəfiqimiz, strateji tərəfdaşımız olan Türkiyəni özünü qorumağa köməkçi olmaq öhdəliyimizin bir simvolu kimi görürük... Nazirlik bu münasibətləri qorumaq üçün səy göstərməklə yanaşı, Türkiyəni "S-400", Suriya və fikir ayrılığı olan digər aspektlərdə daha konstruktiv siyasət həyata keçirməyə təşviq edir", - Pentaqon nümayəndəsi deyib.

O, həmçinin Türkiyənin Əfqanıstanda, Kosovoda və İraqdakı rolunu qeyd edib.

Флаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

ABŞ Hərbi Hava Qüvvələri Türkiyənin cənubundakı Adana vilayətində yerləşən İncirlik aviabazasından istifadə edir. Türkiyənin cənub-şərqindəki Malatya vilayətinin Kürəcik bölgəsində isə NATO-nun Avropada raketdən müdafiə sisteminin bir hissəsi olan raket hücumu barədə erkən xəbərdarlıq verən radiolokasiya stansiyası yerləşir.

Radio Sputnik-in efirində Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) eksperti Vladimir Fitin vəziyyətlə bağlı şərh verərək, Ankara ilə Vaşinqton arasındakı qarşıdurmanın uzun müddətdir davam etdiyini və heç kimin mövqeyindən imtina etmək istəmədiyini qeyd edib.

"Hazırda vəziyyət belədir: kimin əsəbləri dözməyəcək. ABŞ-ın Türkiyəyə qarşı bu mübarizəsi uzun müddətdir davam edir ki, Türkiyə ümumi NATO sütununa daxil olsun, özünün hər hansı bir niyyəti ilə seçilməsin və digərlərindən fərqlənən heç bir maraq nümayiş etdirməsin. Ancaq tərəzinin hər bir piyaləsində fərqli bir şey var. Bir tərəfdən amerikalılar Türkiyənin Vaşinqtondan gələn göstəriş və təlimatlara tam əməl etməsi üçün hər bir şeyi etməyə çalışırlar, digər tərəfdən isə onlar Türkiyə ordusunun NATO-nun potensialı baxımından həddindən artıq vacib olduğunu başa düşürlər – NATO-da ikinci ən güclü ordu olan Türkiyə ordusu təşkilatın şərq cəbhəsini qoruyur", - Fitin deyib.

Президент Соединенных Штатов Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp Türkiyə ilə bağlı növbəti addımı atdı

Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olmuş ən son "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükü iyulun ortalarında başlayıb. Vaşinqton Türkiyədən bu sistemlərdən imtina etməyi və əvəzində "Patriot" komplekslərini almağı tələb edib. ABŞ habelə Türkiyəni ən son "F-35" qırıcılarının satışını təxirə salmaqla və ya hətta ləğv etməklə, eləcə də "CAATSA" (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) ilə təhdid edib.

Ankara isə güzəştə getməkdən imtina edib. Ərdoğanın sözlərinə görə, "S-400 Triumf" sistemləri 2020-ci ilin aprelində tam fəaliyyətə başlayacaq.

Xəbər lenti
0