Əsdoğan: “İncirlik” bazasını ABŞ-ın üzünə bağlaya bilərik”

© © Murat Kula/Presidential Press Office/Handout via REUTERS Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəciyi bağlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb.

BAKI, 15 dekabr — Sputnik. Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalının efirində bildirib.

O, qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq. 

"İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəciyi bağlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb.

© AFP 2023 / STRİncirlik hərbi bazası
Əsdoğan: “İncirlik” bazasını ABŞ-ın üzünə bağlaya bilərik” - Sputnik Azərbaycan
İncirlik hərbi bazası

"Hər iki tərəf üçün çox əhəmiyyətlidir ki, ABŞ bizim münasibətlərimizi düzəltməyə mümkün olmayacaq təşəbbüslər etməsin. Əlbəttə, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Biz qərar verəcəyik. Əgər lazım olsa, onda İncirliyi və Kürəciyi bağlayacağıq", - deyə "A Haber" telekanalının efirində Ərdoğan bildirib. 

Qeyd edək ki, Kürəjik bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin elementləri yerləşdirilib. 

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər.

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Müttəfiqliyin sınağı: ABŞ sanksiya hazırlayır, Türkiyə aviabazanı bağlamağa hazırlaşır

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq etsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey ola bilər. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər", - o deyib.

Xəbər lenti
0