Almaniya Rusiyaya görə ABŞ-la danışıqlara getdi

© AFP 2023 / Soeren Stache / dpa Almaniyanın xarici işlər naziri Heiko Maas
Almaniyanın xarici işlər naziri Heiko Maas  - Sputnik Azərbaycan
Abunə olmaq
Hayko Maas vurğulayıb ki, yalnız Avropa İttifaqı öz enerji siyasətinə dair məsələləri həll edə bilər və sanksiyaların tətbiqi ABŞ-ın Avropa işlərinə qarışması anlamına gələcək

BAKI, 13 dekabr — Sputnik. Almaniya Xarici İşlər naziri Hayko Maas ABŞ-dan "Şimal Axını-2" qaz kəmərinə qarşı sanksiya tətbiq etməməyi xahiş edib. Bu barədə Sputnik Azərbaycan Almaniyanın "Handelsblatt" nəşrinə istinadən xəbər verir.

O əlavə edib ki, Almaniya hökuməti Vaşinqtonla danışıqlar aparır və Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsini istəyir.

ABŞ konqresinin binası - Sputnik Azərbaycan
ABŞ bir güllə ilə iki dostu yıxmaq istəyir: məşum qanun qəbul edildi

Nazirin sözlərinə görə, rəsmi Berlin bütün Avropaya təsir edə biləcək müdaxiləni "prinsipial olaraq rədd edir".

Hayko Maas vurğulayıb ki, yalnız Avropa İttifaqı öz enerji siyasətinə dair məsələləri həll edə bilər və sanksiyaların tətbiqi ABŞ-ın Avropa işlərinə qarışması anlamına gələcək.

Xatırladaq ki, Birləşmiş Ştatlar Konqresi 2020-ci il üzrə müdafiə büdcəsinə Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini daxil edib.

Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda sanksiyaların boru kəmərlərinin tikintisində iştirak edən gəmilərə, həmçinin tikintidə iştirak edən şirkətlərin rəhbərlərinə qarşı tətbiq olunacağı bildirilirdi.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Xəbər lenti
0