21:34 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12110

Mer İzabel Düjele qeyd edib ki, problem kəskin mütəxəssis çatışmazlığından qaynaqlanır və təcili həllə ehtiyac var

BAKI, 7 dekabr — Sputnik. Fransanın Luara əyalətindəki Qrel kommunasının meri İzabel Düjele sakinlərə istirahət və bayram günlərində ölməyi qadağan edən sərəncam verib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə məlumat kommunanın saytında yer alır. 

"İstirahət və bayram günlərində ölməyin yasaqlandığı bu sərəncamın altında başqa məsələ yatır əslində: bir çox sakinlərin səhiyyə ilə problemi var", - merin açıqlamasında deyilir.

Düjele qeyd edib ki, problem kəskin mütəxəssis çatışmazlığından qaynaqlanır və təcili həllə ehtiyac var.

"CNews" telekanalının məlumatına görə, merin belə bir qərar verməsinə səbəb ötən həftə kommunanın sakinlərindən birinin öldüyünü rəsmi təsdiq edəcək həkim axtarışları olub: can həkimi həmin gün növbədə deyilmiş, təcili yardım isə başqa kommunanın ərazisində yerləşir və elə orada da mütəxəssis çatışmazlığından əziyyət çəkirlər. Həkimi yalnız başqa vilayətdə tapa biliblər. Ancaq Qrelin meri bir daha belə bir hadisəni yaşamaq iqtidarında olmadığını anlayaraq adıçəkilən sərəncamı verib. Onun fikrincə, bu addımla problemə diqqət çəkə biləcək.

Əlaqədar

Fransızların davasında türk jurnalist xəsarət aldı - VİDEO
Pyer Rişarın nəvəsi Bakıda oxuyacaq - VİDEO
On doqquz yaşlı qız klubun rəqs meydançasında uşaq dünyaya gətirib
Ən çox "vuranlar" heç də qonşu ölkədə yaşamırlar

Əsas mövzular