14:12 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Türkiyədəki otellərdən biri

Ərdoğan turistləri çətinə salacaq qərarı ləğv etdi

© CC0 / karosieben / Turkey Holiday
DÜNYA
Qısa URL
7510

Bildirilir ki, əslində, Ərdoğan elektrik enerjisi istehsal edən subyektlərə vergi tətbiq edilməsi qaydası ilə razılaşmayıb

BAKI, 2 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin qəbul etdiyi xidmət vergisi barədə qərarı ləğv edib.

Bu qərar digər sahələrlə yanaşı, otellərdə yaşayışa görə 2% vergi alınmasını da nəzərdə tuturdu. 

Sputnik Azərbaycan bildirir ki, Türkiyənin Otelçilər Federasiyasının başçısı Osman Ayık bir müddət öncə RİA-Novosti-yə bildirib ki, əgər 2020-ci il aprelin 1-dən otellərdə yaşamağa görə turistləri əlavə vergi ödəməyə məcbur etsələr, o zaman Türkiyədə istirahət bir qədər bahalanacaq.

"Prezident xidmət vergisi barədə qərarı yenidən işləmək üçün parlamentə qaytarıb, çünki onu yersiz hesab edib", - məlumatda deyilir. 

Bildirilir ki, əslində, Ərdoğan elektrik enerjisi istehsal edən subyektlərə vergi tətbiq edilməsi qaydası ilə razılaşmayıb. Oteldə yaşayışa görə vergi tətbiq olunmasına isə Türkiyə Prezidentinin münasibəti açıqlanmır.

Əsas mövzular