Sibirdə qalıqları tapılan varlığın hansı növə aid olduğu bilinmir

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidЖилые дома в Сибири
Жилые дома в Сибири - Sputnik Azərbaycan
Abunə olmaq
Tapılan küçüyün canavar və ya buz dövründə yaşayan it balası olduğu ehtimal edilir. Bu sirrin açılması üçün daha dərin araşdırmalar aparılmasına ehtiyac var

BAKI, 27 noyabr — Sputnik. Sibirdə yaxşı qalmış qədim küçüyün bədəninin qalıqları aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, 18 min il əbədi soyuqda qalıb.

Dinozavr Muzeyi - Sputnik Azərbaycan
Otuz illik əmək bəhrə verdi: 66 milyon yaşlı dinozavr tapıldı

Küçük iki aylığında ölüb. Aşağı temperatur səbəbindən təkcə sümüklər deyil, yumşaq toxumalar, üzündəki tüklər və süd dişləri tam şəkildə qorunub.

Ölümün səbəbini müəyyən etmək mümkün olmayıb. Onun yaralanmadığı, xəstə olmadığı müəyyən edilib. Ancaq daha böyük bir sirr, onun hansı növə aid olduğu ilə bağlıdır.

Alimlər mumiya toxuma nümunələrini Avropanın ən böyük it DNT bankının yaradıldığı İsveç Paleogenetika Mərkəzinə göndəriblər. Ancaq mütəxəssislər tərəfindən aparılan əhatəli təhlillər belə Sibir küçüyünün hansı növə aid olduğunu müəyyənləşdirməyə kömək etməyib.

Tapılan küçüyün canavar və ya buz dövründə yaşayan it balası olduğu ehtimal edilir. Bu sirrin açılması üçün daha dərin araşdırmalar aparılmasına ehtiyac var.

Xəbər lenti
0