19:27 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Tehranda etiraz aksiyaları

Hökumət etiraf etdi: Etirazlar zamanı ölənlər var

© AFP 2019 / -
DÜNYA
Qısa URL
19 0 0

İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayacaq

BAKI, 18 noyabr — Sputnik. İranda benzinin qiymətinin qalxması ilə bağlı baş verən qarşıdurmalar nəticəsində hüquq mühafizə orqanlarının bir neçə əməkdaşı həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

"Təəssüflər olsun ki, son bir neçə gündə qarşıdurmalar baş verib. Hüquq mühafizə orqanlarının bir neçə əməkdaşı hücuma məruz qalıb və həlak olub", - deyə Əli Rabii vurğulayıb.

Bu arada İSNA agentliyi yazır ki, İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayacaq. Müavinətlərin 19 milyona yaxın ailəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min riala qədər, adambaşına kvota çərçivəsində isə 50 faiz qaldırılıb. Yeni qaydalara görə, hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosiklet sahibinə isə ayda 25 litr benzin düşür. Bundan sonra isə ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Əsas mövzular