02:04 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
DÜNYA
Qısa URL
2910

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2011-ci il qızılcaya görə ölümlərin çox olması ilə yadda qalıb

BAKI, 16 noyabr — Sputnik. Almaniya Federal Məclisi 2020-ci ilin 1 mart tarixindən etibarən qızılcaya görə peyvəndin məcburi olacağı ilə bağlı qanun layihəsini qəbul edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi səs qoyularkən parlament üzvlərinin 459-u onun lehinə, 89-u əleyhinə səs verib. 105 deputat bitərəf qalıb.

Qanun layihəsi qüvvəyə mindikdən sonra bütün valideynlər övladlarının qızılca əleyhinə peyvənd olunduğunu göstərən arayışı təqdim edəcəklər. Əks təqdirdə isə ailələr 2 min 500 avro məbləğində cərimələnəcəklər. "Qızılcadan qorunmaq uşaqları qorumaq deməkdir", - deyən Almaniyanın Səhiyyə naziri Yens Spah bununla da qızılcaya yoluxanların sayında azalmaların olacağına əminliyini etiraf edib.

Qeyd edək ki, bu il ərzində Almaniyada 501 nəfər qızılcaya yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2011-ci il qızılcaya görə ölümlərin çox olması ilə yadda qalıb. Belə ki, qeyd olunan dövrdə 158 min nəfər qızılcaya yoluxduğu üçün dünyasını dəyişib.  2017-ci ildə isə bu rəqəm 110 min nəfər olub.

Əlaqədar

Azərbaycan qızılcaya qalib gəlmiş ölkələr siyahısından çıxarıla bilər?
ABŞ-da qızılca geniş vüsət alıb, yoluxanlar əsasən yəhudilərdir
Həyəcan siqnalı: Təhlükəli xəstəlik sürətlə yayılır
Ərəb ölkəsində dəhşətli epidemiya yayılıb

Əsas mövzular